Şərur rayonunun Püsyan kənd sakini X.Şıxəliyevi qəsdən öldürməkdə şübhəli bilinən G.Nəcəfov tutularaq istintaqa təhvil verilib
31.05.2023Mayın 31-də saat 18 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində kənd sakini X.Şıxəliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kənd sakini G.Nəcəfovun həmkəndlisi X.Şıxəliyevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə G.Nəcəfov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.