Qaradağ rayonunun Ələt qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən C.Nurəliyev və T.Zairov saxlanılıblar
31.05.2023Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Nurəliyev və T.Zairov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.