Abşeron rayonunun Məmmədli kənd sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini R.Mustafayev saxlanılıb
31.05.2023Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 1-də Məmmədli kənd sakini olan bir nəfərin bank kartından hesabındakı pulunu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb. Araşdırmalarla onun Məmmədli kənd sakini olan daha bir nəfərə qarşı dələduzluq etməsi, Digah qəsəbə sakini olan digər şəxsin isə pulunu mənimsəməsi də müəyyən olunub.