Tovuz rayonu ərazisində 4 evdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini M.Musayev saxlanılıb
31.05.2023Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 4 evdən pul, qızıl-zinət əşyaları və bank kartları oğurlamaqda şübhəli bilinən Qaraxanlı kənd sakini M.Musayev saxlanılıb. Araşdırma aparılır.