DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub

31.05.2023

Mayın 31-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 175, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

31.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub 31.05.2023
  • Şərur rayonunun Püsyan kənd sakini X.Şıxəliyevi qəsdən öldürməkdə şübhəli bilinən G.Nəcəfov tutularaq istintaqa təhvil verilib 31.05.2023
  • Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilindəki dəmir yolu keçidinin növbətçisini təhdid etməkdə və növbətçi otağına ziyan vurmaqda şübhəli bilinən A.Hüseynov saxlanılıb 31.05.2023
  • Qaradağ rayonunun Ələt qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən C.Nurəliyev və T.Zairov saxlanılıblar 31.05.2023
  • Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Qafarov saxlanılıb 31.05.2023
  • Nərimanov rayonunun Ə.Əliyev küçəsində yerləşən köşklərin birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən E.İsayev saxlanılıb 31.05.2023
  • Yasamal rayonunun Mətbuat prospektində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kərimov saxlanılıb 31.05.2023
  • Abşeron rayonunun Məmmədli kənd sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini R.Mustafayev saxlanılıb 31.05.2023
  • Tovuz rayonu ərazisində 4 evdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini M.Musayev saxlanılıb 31.05.2023
  • Şəmkir rayonunun Seyfəli kəndində xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açan kənd sakini V.Mustafayevdən ov tüfəngi götürüblər 31.05.2023
  • Neftçala rayonunun Qaraqaşlı kənd sakini Ş.Baxışova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb 31.05.2023
  • Xətai rayonunun G.Şıxlinski küçəsində “Honda” markalı avtomobillə yolu keçən paytaxt sakini T.Şirinov vurulub 31.05.2023
  • DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatı zamanı İrandan 50 kiloqram narkotik vasitə gətirən daha bir nəfər saxlanılıb 31.05.2023