Binəqədi rayonu ərazisində sərnişininə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən taksi sürücüsü E.Səmədzadə müəyyən olunaraq saxlanılıb
27.05.2023Mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Səmədzadə müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.