Nizami rayonu ərazisində bir nəfərin çantasını oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini A.Hüseynov saxlanılıb
27.05.2023Mayın 26-da Nizami rayonu ərazisində bir nəfərin içərisində 870 manat pulu, bank kartları, sənədlər və mobil telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini A.Hüseynov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.