Axtarışda olan Şəki rayon sakini B.Əhmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
27.05.2023Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində axtarışda olan Oxud kənd sakini, əvvəllər məhkum olunmuş B.Əhmədovdan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.