DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda “Babək” adlı iranlı narkotacirin şəbəkəsinin 4 üzvü saxlanılıb

27.05.2023

Ötən gün Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Niyazov, Aydın Məlikov, tanışı Elman Yolçuyev və Şaiq Kazımov tutulublar. Həmin şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana və metamfetamin aşkar edilib. 
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Babək” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməklə yanaşı, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Cavid Niyazov, Aydın Məlikov, Elman Yolçuyev və Şaiq Kazımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=ilgRBCo-5Pc

 

27.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Binəqədi rayonu ərazisində sərnişininə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən taksi sürücüsü E.Səmədzadə müəyyən olunaraq saxlanılıb 27.05.2023
  • Nizami rayonu ərazisində bir nəfərin çantasını oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini A.Hüseynov saxlanılıb 27.05.2023
  • Şirvan şəhəri ərazisində yerləşən marketlərin birində ödəmə terminalından 5694 manat oğurlamaqda şübhəli bilinən C.İsmayılov saxlanılıb 27.05.2023
  • Oğurluq etdiyinə görə tutulmuş E.Abbasovun Sabirabad rayonu ərazisində bir bərbərxanadan və bir evdən, Saatlı rayonu ərazisində isə digər bir evdən də oğurluq törətməsi müəyyən olunub 27.05.2023
  • Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Ş.Şixamirovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 27.05.2023
  • Axtarışda olan Şəki rayon sakini B.Əhmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 27.05.2023
  • Balakən rayonunun Hənifə kənd sakini M.Mehdiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 27.05.2023
  • Ağdaş şəhər sakini R.Soltanovun həyətyanı sahəsindən 36 ədəd çətənə kolu aşkar olunaraq götürülüb 27.05.2023
  • Ağsu dolaylarında 2 hektar torpaq sahəsində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib 27.05.2023
  • Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində moped yolun kənarında dayanan “Ford Transit” markalı avtomobilə çırpılıb 27.05.2023
  • Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub 27.05.2023
  • Nəsimi rayonunda “Babək” adlı iranlı narkotacirin şəbəkəsinin 4 üzvü saxlanılıb 27.05.2023