İmişli rayonunun Yalavac kənd sakini F.Hacıyevin həyətyanı sahəsindən çətənə kolları və 2 kiloqramdan artıq marixuana götürülüb
26.05.2023İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yalavac kənd sakini F.Hacıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 174 ədəd çətənə kolu və 2 kiloqram 110 qram marixuana aşkar olunaraq götürülüb.