Kürdəmir rayonunun Sorsor kəndində ov tüfəngi ilə ehtiyatsız davrandığından xəsarət almış V.İsmayılovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
26.05.2023Mayın 26-da Kürdəmir rayonunun Sorsor kəndində bir nəfərin odlu silahdan açılmış atəşdən ayağından xəsarət alması barədə Kürdəmir Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla Şamaxı rayon sakini V.İsmayılovun ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayağından xəsarət alması müəyyən edilib.
Polis əməkdaşları V.İsmayılovdan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngini götürüblər.