Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Toyota” və “KamAZ” markalı avtomobillər toqquşub
26.05.2023Mayın 26-da saat 4 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Hümbətovun idarə etdiyi “Toyota” və Xaçmaz rayon sakini T.Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota” markalı avtomobildə olan sərnişin Ə.Qarayev hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.