Biləsuvar rayonunun Çinarlı kəndində kənd sakini Ə.Abdullayevi odlu silahdan atəş açaraq qəsdən öldürməkdə şübhəli bilinən C.Həmidov tutularaq istintaqa təhvil verilib
24.05.2023Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndində kənd sakini Ə.Abdullayevin odlu silahdan açılmış atəşdən xəsarət alması nəticəsində xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kənd sakini C.Həmidovun aralarında yaranmış münaqişə zamanı qohumu Ə.Abdullayevi odlu silahdan atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
C.Həmidov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hadisə yerindən müvafiq sənədləri olmayan lüləsi kəsilmiş “İJ-58” markalı ov tüfəngi və bıçaq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.