Nizami rayonu ərazisində Bakı şəhər sakini F.Hüseynovu münaqişə zəminində xəsarət yetirərək öldürməkdə şübhəli bilinən Sabirabad rayon sakini H.Cəfərov saxlanılaraq istintaqa təhvil verilib
08.05.2023Mayın 8-də saat 17 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini F.Hüseynovun öldürülməsi barədə polisə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Sabirabad rayon sakini H.Cəfərovun münaqişə zəminində F.Hüseynovun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.