Oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri A.Məmmədov və R.Lepexov saxlanılıb
21.04.2023Aprelin 21-də Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən yaşayış binalarının zirzəmilərindən su borularının oğurlanması barədə polisə məlumat daxil olub.
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar A.Məmmədov və R.Lepexov saxlanılıb.