Ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
18.04.2023Polis əməkdaşlarının aprelin 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,4 kiloqramdan artıq heroin, 2,5 kiloqramdan çox marixuana, 114 qram tiryək, 28 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.