Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub

18.04.2023

Aprelin 18-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Cavid Əliyevin avtomobili sənədsiz və narkotik vasitələrin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib. 
Sabunçu rayon məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

18.04.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub 18.04.2023
  • Ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 18.04.2023
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub 18.04.2023
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla inzibati qaydada həbs olunub 18.04.2023
  • Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialında 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən R.Qəndiyev saxlanılıb 18.04.2023
  • Binəqədi rayonu ərazisində 3 avtomobildən səsboğucularını oğurlamaqda şübhəli bilinən Z.Mədətzadə saxlanılıb 18.04.2023
  • Yasamal rayonu ərazisində Bakı şəhər sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 18.04.2023
  • Gəncə şəhər sakini olan bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Laçın rayon sakini H.Şahverdiyev saxlanılıb 18.04.2023
  • Sumqayıt şəhər sakini olan bir nəfərin bank hesabından pul oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini S.Abbasov saxlanılıb 18.04.2023
  • Nəsimi rayonu ərazisindəki obyektlərdən birinin divarından elektrik kabeli və havalandırma borularını sökərək oğurlamaqda şübhəli bilinən E.Əliyev saxlanılıb 18.04.2023
  • Sumqayıt şəhər sakini A.Həsənovdan marixuana götürülüb 18.04.2023
  • Qəbələ rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 18.04.2023
  • Astara rayonunun Kolatan kənd sakini V.Məmmədovun evinin həyətindən 2 kiloqramdan artıq marixuana və 104 qramdan çox tiryək götürülüb 18.04.2023
  • Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti Beyləqanda birgə əməliyyat həyata keçirib 18.04.2023
  • Nəsimi rayonunda “Papanin” və “Kubinka”adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb 18.04.2023