Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla inzibati qaydada həbs olunub
18.04.2023Aprelin 18-də saat 9 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil əks istiqamətdə hərəkət etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, İsmayıllı rayon sakini İsrəfil Alızadənin narkotik vasitələrin təsiri altında avtomobili idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1.2-ci maddələri ilə protokol tərtib edilib.
Sabunçu rayon məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırmaqla, 15 gün müddətinə inzibati qaydada həbs olunub.