Naxçıvan şəhəri ərazisində iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən Babək rayon sakini Y.Qəribov saxlanılıb
15.04.2023Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində “VAZ-2107” və “Mercedes” markalı iki avtomobildən pul, sənəd və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Babək rayon sakini Y.Qəribov saxlanılıb.
Araşdırmalarla onun daha bir nəfərin velosiped oğurlaması da müəyyən olunub.