DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonunda İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha 18 nəfər saxlanılıb

15.04.2023

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının son 1 ay ərzində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən ümumilikdə 18 nəfər saxlanılıb. Onlardan 5 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə, eləcə də elektron tərəzilər götürülüb. Həmin şəxslər - Tamerlan Əliyev, Nurlan Aqdamifar, Amid Nəbiyev, Orxan Axundov, Elçin Cəfərov, Ramil Məcnuni, Sultan Rzayev, Kahin Məmmədov, Ağasəf Xurşidov, Vüsal Əzizov, Rəşad  Aslanov, Feyruz Cavadov, Rahil Qəniyev, Əminə Səfərova, İlyas Xudadatzadə, Rövşən Abdulov, Rövşən Vəliyev və Gülnar Ağayeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.  Saxlanılan şəxslərin bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları müxtəlif İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlarn davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=uor8XiBcKQY

 

 

15.04.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub 15.04.2023
  • Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində “MAN” markalı avtomobillə qəsəbə sakini V.Balabəyova vurulub 15.04.2023
  • Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində “Nissan”, “VAZ-2107” və “Opel” markalı avtomobillər toqquşub 15.04.2023
  • Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yanacaq daşıyan “Mercedes” markalı avtomobil dərəyə aşıb 15.04.2023
  • Səbail rayonu Xəqani küçəsindən “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini H.Məmmədov saxlanılıb 15.04.2023
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki evlərin birindən 2 ədəd hidrofor və 3 ədəd kollektoru oğurlamaqda şübhəli bilinən N.Nazirov saxlanılıb 15.04.2023
  • Nizami rayonu B.Nuriyev küçəsindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Şükürov və N.Əsgərov saxlanılıblar 15.04.2023
  • Sumqayıt şəhəri ərazisində marşrut avtobusunda bir sərnişinin çantasından oğurluq etməkdə şübhəli bilinən A.Hüseynov saxlanılıb 15.04.2023
  • Naxçıvan şəhəri ərazisində iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən Babək rayon sakini Y.Qəribov saxlanılıb 15.04.2023
  • Culfa rayonunun Xanəgah kənd sakini A.Yusifovun evindən silah-sursat götürülüb 15.04.2023
  • Xaçmaz rayonu ərazisində bir sıra oğurluq və dələduzluq hadisələrini törətməkdə şübhəli bilinən İ.Hidayətzadə saxlanılıb 15.04.2023
  • Kürdəmir rayonunun Xırdapay kənd sakini İ.Hacıyevdən marixuana götürülüb 15.04.2023
  • Nərimanov rayonunda İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha 18 nəfər saxlanılıb 15.04.2023