Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə tutulan Masallı rayon sakini N.Həbibovun evindən tapança götürülüb
08.04.2023Polis və Ədliyyə Nazirliyinin İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə tutulan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş N.Həbibovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oradan “TT CCT” markalı tapança aşkar olunaraq götürülüb.