Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində iki nəfərin pul və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Əmiraslanov saxlanılıb
06.04.2023Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində usta işləyən iki nəfərin pul və mobil telefonlarını işlədikləri yerdən oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Əmiraslanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.