Ümumi çəkisi 23 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
02.04.2023Polis əməkdaşlarının aprelin 1-də və 2-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 21 kiloqramdan çox marixuana və 103 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.