Sumqayıt şəhəri ərazisində ov tüfəngi ilə havaya atəş açan S.Süleymanovun evindən qanunsuz saxladığı 2 ədəd ov tüfəngi götürülüb
30.03.2023Sumqayıt şəhəri ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub.
Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Süleymanovun ov tüfəngi ilə havaya atəş açması müəyyən olunub.
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.