Bərdə rayonunun Əyricə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.03.2023Martın 22-də saat 14 radələrində Bərdə rayonunun Əyricə kəndi ərazisində rayon sakini İ.Ərşadlı idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən İ.Əmirovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.