Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhərində yerləşən “Megastore” marketdən mühafizəçiyə xəsarət yetirilməklə içərisində külli məbləğdə pul olan seyfin aparılması ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılır

02.03.2023

Martın 2-də saat 6 radələrində Gəncə şəhərində yerləşən “Megastore” marketə girən şəxsin mühafizəçi, şəhər sakini M.Həsənovun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan içərisində 157.151 manat, 6.040 ABŞ dolları və 18.100 rubl olan seyfi aparması barədə polisə məlumat daxil olub.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin seyf mağazaya yaxın ərazidə toxunulmamış və torpağa basdırılmış vəziyyətdə tapılıb. 
Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən bu cinayət əməlini törədən və ya törədənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. 

02.03.2023 tarixinə olan kriminal məlumatlar

  • Gəncə şəhərində yerləşən “Megastore” marketdən mühafizəçiyə xəsarət yetirilməklə içərisində külli məbləğdə pul olan seyfin aparılması ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılır 02.03.2023
  • Abşeron rayonunun Məmmədli kənd sakini T.Rəhimovun evindən marixuana, heroin və metamfetamin aşkar olunaraq götürülüb 02.03.2023
  • Zaqatala şəhər sakini Z.Barabaşovun evindən heroin və tiryək aşkar olunaraq götürülüb 02.03.2023
  • Goranboy və Gəncə şəhərlərindən “VAZ-2121” markalı iki avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Qasımov saxlanılıb 02.03.2023
  • Şərur rayonunun Yengicə kənd sakini N.Nəcəfovun evindən qanunsuz saxladığı silah-sursat aşkar olunaraq götürülüb 02.03.2023
  • Şəmkir rayonunun Düyərli kəndi ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən rayon sakini P.Əliyeva vurulub 02.03.2023
  • Gün ərzində ölkə ərazisində qeydə alınan 100 cinayətin açılması təmin olunub 02.03.2023
  • Sabunçu rayonunda fevral ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb 02.03.2023