Samux rayonunun Çobanabdallı kənd sakini O.Əliyevə münaqişə zəminində ölümcül xəsarət yetirməkdə şübhəli bilinən kənd sakini R.Bəşirov saxlanılaraq istintaqa təhvil verilib
20.02.2023Samux Rayon Polis Şöbəsinə fevralın 20-də saat 18 radələrində Çobanabdallı kənd sakini O.Əliyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Çobanabdallı kəndində kənd sakini, əvvəllər məhkum olunmuş R.Bəşirovun münaqişə zəminində O.Əliyevin baş nahiyəsinə yumruqla xəsarət yetirməsi nəticəsində sonuncunun aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən olunub.
R.Bəşirov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.