Xırdalan şəhərindəki evlərin birində M.Hüseynzadəni öldürməkdə şübhəli bilinən oğlu O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib
19.02.2023Abşeron Rayon Polis İdarəsinə fevralın 19-da saat 1 radələrində Xırdalan şəhərindəki evlərin birində M.Hüseynzadənin öldürülməsi barədə məlumat daxil olub.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qadını evdə münaqişə zəminində oğlu O.Hüseynzadənin bıçaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
O.Hüseynzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.