Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub

17.02.2023

Fevralın 17-də ölkə ərazisində qeydə alınan 85, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

17.02.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub 17.02.2023
  • Gün ərzində qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,7 kiloqrama yaxın heroin, 13,5 kiloqramdan artıq marixuana, 3,1 kiloqrama yaxın tiryək, həmçinin 1 kiloqram 42 qramdan çox metamfetamin və 100 ədəd metadon həbləri olub 17.02.2023
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir  17.02.2023
  • Axtarışda olan S.Hüseynov saxlanılıb 17.02.2023
  • Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini N.Məmmədova saxlanılıb 17.02.2023
  • Gəncə şəhər sakini E.Vəliyevdən nömrəsi silinmiş avtomat silahı və 1 ədəd patron götürülüb 17.02.2023
  • Şuşa şəhəri ərazisində birgə keçirilən tədbirlər nəticəsində müxtəlif markalı silah-sursat aşkar edilib 17.02.2023
  • Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 17.02.2023
  • Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi 17.02.2023
  • Siyəzən rayonunun Beşdam kəndi ərazisində yol-nəqliyyat hadisəsi 17.02.2023
  • Sabunçu rayonunda bağ evlərindən və metal qəbulu məntəqəsindən silsilə oğurluqlar edən 5 nəfər saxlanılıb 17.02.2023
  • Sabunçu rayonunda “Naqan” markalı tapança satmaq istəyən və marketlərdən oğurluq edən şəxslər saxlanılıblar 17.02.2023