Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaçaqmalçılıq yolu ilə 67 kiloqram heroin və metamfetamini ölkə ərazisinə keçirən buradan da Gürcüstan vasitəsi ilə Avropaya göndərmək istəyən dəstənin üzvləri saxlanılıblar

11.02.2023

Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha sonra buradan tranzit yükdaşımalar adı altında Gürcüstana və Avropaya göndərməyə çalışan daha bir mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. 
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Beybudov onun başçılıq etdiyi dəstənin üzvləri Əlifağa Hadıyev və Samir Abdullayev tutulublar. Əlifağa Hadıyevin idarə etdiyi avtomobilə, Bəhruz Beybudovun evinə və  Samir Abdullayevin maşınının tranzit yük hissəsinə Gömrük Komitəsi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Qeyd edilən yerlərdən ümumilikdə 67 kiloqram, o cümlədən 57 kiloqram heroin, 10 kiloqram metamfetamin və elektron tərəzilər aşkar olunub. Dəstə üzvləri şəxsiyyəti istintaqla araşdırılan “Əsgər” adı altında pərdələnən İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi narkotik vasitələri maddi qazanc müqabilində qəbul ediblər. Saxlanılan şəxslər narkotikləri həm Bakı şəhərində satmaq, həm də Samir Abdullayevin yük maşını ilə Avropa ölkəklərinə göndərməyi planlaşdırıblar. Həmin narkobaronun ölkədəki əsas dayaqları - Bəhruz Beybudov, Əlifağa Hadıyev və Samir Abdullayevin saxlanılmasının əməliyyat görüntülərini təqdim edirik. 
Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 3 şəxs  barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=w8N_ZnENetY

 

 

11.02.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub 11.02.2023
  • Quldurluq və hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 3 nəfər saxlanılıb 11.02.2023
  • Quldurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb  11.02.2023
  • Oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov müəyyən olunaraq saxlanılıb 11.02.2023
  • Balakən rayon sakini M.Aşırovdan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng götürülüb 11.02.2023
  • Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Fərəczadə müəyyən olunaraq saxlanılıb 11.02.2023
  • Salyan rayonunun Kərimbəyli kənd sakini F.Yusifovun evinə baxış zamanı oradan qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb 11.02.2023
  • Qanunsuz ov edən rayon sakini S.Quliyevdən müvafiq sənədləri olan ov tüfəngi və 18 ədəd patron götürülüb 11.02.2023
  • Qanunsuz ov edən Bakı şəhər sakinləri E.Quliyev, F.Yaqubov, Biləsuvar rayon sakinləri F.Əliyev və E.Məmmədov saxlanılıblar 11.02.2023
  • Saatlı rayonunun Hacı Qasımlı dəmir yolu stansiyası ərazisində qorunmayan keçiddə avtomobillə teplovoz toqquşub 11.02.2023
  • Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 11.02.2023
  • Quba rayonunun Qamqam kəndi ərazisində yol-nəqliyyat hadisəsi 11.02.2023
  • Şəmkir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 11.02.2023
  • Sabunçu rayonunda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz olaraq odlu silah saxlayan daha 3 nəfər saxlanılıb 11.02.2023
  • Qaçaqmalçılıq yolu ilə 67 kiloqram heroin və metamfetamini ölkə ərazisinə keçirən buradan da Gürcüstan vasitəsi ilə Avropaya göndərmək istəyən dəstənin üzvləri saxlanılıblar 11.02.2023