Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar

09.02.2023

Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı  Miraslan Səmədov və Qadir Zəkarayev saxlanılaraq istintaqa təqdim ediliblər. Onların idarə etdikləri yük avtomobilinə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar, həmçinin hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilib. Saxlanılan şəxslər ifadələrində bundan əvvəl də iki dəfə Ələt dəmir yolu stansiyasında vaqonların metal hissələrini kəsərək oğurladıqlarını bildiriblər.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=ZKAtSRMWHu

 

09.02.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub 09.02.2023
  • Ümumi çəkisi 57,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 09.02.2023
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub 09.02.2023
  • Yasamal rayonu ərazisindən “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini Z.Səmədov saxlanılıb 09.02.2023
  • Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini R.Musayev saxlanılıb 09.02.2023
  • Ağcabədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Quliyev saxlanılıb 09.02.2023
  • Xızı rayonunun Sitalçay kənd sakini A.Məlikovdan tapança və patronlar aşkar olunaraq götürülüb 09.02.2023
  • Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində moped sürücüsü yük avtomobili ilə toqquşub 09.02.2023
  • Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində əcnəbi vətəndaş idarə etdiyi yük avtomobilini su kanalına aşırıb 09.02.2023
  • Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar 09.02.2023
  • Binəqədi  rayonunda  mopedləri oğurlayan  dəstə  üzvləri  tutulub 09.02.2023