Paytaxtın Nizami rayonu ərazisində bir qadını döyməkdə və hədə-qorxu gələrək 11.000 manat pulunu almaqda şübhəli bilinən M.Qəniyev saxlanılıb
08.02.2023Paytaxtın Nizami rayonu ərazisində bir qadının döyülməsi və hədə-qorxu gəlməklə 11.000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Qəniyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.