Nizami rayonunun Q.Qarayev prospektindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Paşazadə avtomobillə saxlanılıb
04.02.2023Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə fevralın 4-də saat 14 radələrində Q.Qarayev prospektindən Ə.Cəbrayılova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Paşazadə avtomobillə saxlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.