Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları saxlanılıblar

03.02.2023

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşlar - Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan 6 qrama yaxın marixuana aşkar edilib. İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib. Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.  
Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.
Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Youtube linki - https://www.youtube.com/watch?v=rc4iiIEYuxk

 

 

03.02.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub 03.02.2023
  • Ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 03.02.2023
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir  03.02.2023
  • Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Hüseynov Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb 03.02.2023
  • Bakı şəhər sakini olan bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən A.Məmmədov saxlanılıb 03.02.2023
  • Yasamal rayonu ərazisində bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov saxlanılıb 03.02.2023
  • Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini D.Kərimli saxlanılıb 03.02.2023
  • Yevlax şəhər sakini S.Xəlilovdan 820 qram marixuana götürülüb 03.02.2023
  • Mingəçevir şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən R.Əzizov saxlanılıb 03.02.2023
  • Astara rayon sakini İ.Məmmədovdan 5 kiloqramdan artıq marixuana və qanunsuz saxladığı ov tüfəngi götürülüb 03.02.2023
  • Nərimanov rayonu Z.Bünyadov prospektində iki avtomobil toqquşub 03.02.2023
  • Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları saxlanılıblar 03.02.2023