Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
02.02.2023Fevralın 2-də saat 13 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində R.Baloğlanovun idarə etdiyi “Mercedes” və M.Məmmədovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub. Nəticədə M.Məmmədov hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.