Nərimanov rayonu ərazisində yerləşən restoranların birində əcnəbi vətəndaşın cüzdanını oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini E.Novruzov saxlanılıb
28.01.2023Nərimanov rayonu ərazisində yerləşən restoranların birində əcnəbi vətəndaşın içərisində 160 manat, 500 türk lirəsi, 950 ABŞ dolları, 55 avro və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Saatlı rayon sakini E.Novruzov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.