Sumqayıt şəhəri ərazisində marşrut avtobusunda bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Hümbətov saxlanılıb
27.01.2023Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Hümbətov saxlanılıb.
Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi ilə birgə Nərimanov rayonu ərazisində digər bir qadının çantasından içərisində pul, sənəd və bank kartı olan cüzdanını, hesabından isə 312 manatını çıxararaq oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.