Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfərdən 3 kiloqrama yaxın heroin götürülüb

26.01.2023

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb. 
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bakı şəhər sakini,  əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev də müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 220 qram heroin götürülüb. Saxlanılanlar narkotik vasitənj paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

26.01.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 26.01.2023
  • Gəncə şəhər sakini S.Məmmədovanı bıçaqla xəsarət yetirərək öldürməkdə şübhəli bilinən A.Ələkbərov tutularaq istintaqa təhvil verilib 26.01.2023
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir  26.01.2023
  • Tovuz rayon sakini A.Məmmədovdan 480 qram marixuana götürülüb 26.01.2023
  • Axtarışda olan Salyan rayon sakini Y.Məmmədov saxlanılıb 26.01.2023
  • Oğuluq əməlində şübhəli bilinən Şirvan şəhər sakini C.Məlikov müəyyən edilərək saxlanılıb 26.01.2023
  • Balakən rayonunun Qullar kənd sakini V.Ağcayevdən 2 kiloqram 230 qram heroin aşkar edilərək götürülüb 26.01.2023
  • Bakı şəhər sakini R.Məmmədovdan 226 qrama yaxın heroin və metamfetamin aşkar edilərək götürülüb 26.01.2023
  • Xətai rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfərdən 3 kiloqrama yaxın heroin götürülüb 26.01.2023