Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi qəsəbəsində 9 yaşlı uşaq atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğluna xəsarət yetirib

20.01.2023

Yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub. 
Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb. 
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

20.01.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 83 cinayətin açılması təmin olunub 20.01.2023
  • Respublika ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 20.01.2023
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir 20.01.2023
  • Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb 20.01.2023
  • Binəqədi qəsəbəsində 9 yaşlı uşaq atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğluna xəsarət yetirib 20.01.2023
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki parkda Bakı şəhər sakini N.Feyziyevə qarşı quldurluq etməkdə şübhəli bilinən V.Pirməmmədov saxlanılıb 20.01.2023
  • Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb 20.01.2023
  • Xəzər rayonunun Türkan qəsəbəsindəki iki evdən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən C.İmanov və T.Quliyev saxlanılıblar 20.01.2023
  • Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mebel sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən Goranboy rayon sakini S.Əhmədov saxlanılıb 20.01.2023
  • Bakı şəhər sakini R.Cəfərlinin evindən 2 kiloqramdan artıq heroin götürülüb 20.01.2023
  • Neftçala şəhərinin Köhnə qəsəbə ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərən iki nəfər saxlanılıb 20.01.2023