Gün ərzində ölkə ərazisində qeydə alınan 90 cinayətin açılması təmin olunub
18.01.2023Yanvarın 18-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.