Sabunçu rayonu ərazisində bir avtomobildən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Q.Hüseynov saxlanılıb
17.01.2023Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir avtomobildən 550 manat pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Hüseynov saxlanılıb.