Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Pirallahıda narkotiklərin satışını həyata keçirən narkotacirdən 8 kiloqram heroin, marixuana və 220 ədəd prixotrop tərkibli həb aşkar edilib

17.01.2023

Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib. Tədbir nəticəsində əvvəllər də eyni qanunsuz əməllər etdiyi üçün məhkum olunmuş Salman Usmanov tutularaq istintaqa təqdim edilib. Onun əlindəki bağlamadan 5 kiloqram marixuana, 3 kiloqram heroin, həmçinin psixotrop tərkibli 160 ədəd fenozepen və 60 ədəd tramadol həbi aşkar edilib. 
Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanımadığı xarici ölkə vətəndaşından onlayn yolla Pirallahı rayonu və paytaxtın digər ərazilərində satmaq məqsədi ilə əldə etdiyini bildirib. 
Faktla bağlı toplanan materiallar Pirallahı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Salman Usmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Pirallahı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

17.01.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 103 cinayətin açılması təmin olunub 17.01.2023
  • Yanvarın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 17.01.2023
  • Bakı şəhər sakini M.Heybətovdan 1 kiloqram 70 qram marixuana aşkar olunaraq götürülüb 17.01.2023
  • Şirvan şəhər sakini H.Yəhyayevdən 4 qramdan artıq, yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 220 qram heroin aşkar olunaraq götürülüb 17.01.2023
  • Bərdə şəhər sakini S.Abbasovdan 9 qramdan artıq heroin, yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqram 360 qr heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb 17.01.2023
  • Ağdaş şəhər sakini M.Qədirovdan 1 kiloqramdan artıq heroin və 404 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb 17.01.2023
  • Gəncə şəhər sakini N.Rəhimovdan 475 qram marixuana aşkar olunaraq götürülüb 17.01.2023
  • Tərtər şəhəri ərazisində xuliqanlıq etməkdə və qanunsuz olaraq silah gəzdirməkdə şübhəli bilinən şəhər sakini Y.Hüseynov tərksilah edilərək saxlanılıb 17.01.2023
  • Bərdə rayon sakini E.Dadaşovdan karabin markalı silah götürülüb 17.01.2023
  • Salyan şəhəri ərazisində şəhər sakini Y.Novruzovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü E.Niftiyev saxlanılıb 17.01.2023
  • Masallı rayonu ərazisində yerləşən “Qızılağac” milli parkında qanunsuz ov edən rayon sakini F.Nəsrullayev saxlanılıb 17.01.2023
  • Sabunçu rayonu ərazisində bir avtomobildən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Q.Hüseynov saxlanılıb 17.01.2023
  • Nəsimi rayonu ərazisində Xırdalan şəhər sakini B.Qarayevə məxsus mopedi oğurlamaqda şübhəli bilinən H.Nəcəfov saxlanılıb 17.01.2023
  • Nəqliyyat vasitəsi qaçırdığına görə tutulan R.Babaliyevin “Zongshen” markalı motosikleti qaçırması da müəyyən olunub 17.01.2023
  • Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində “Opel” və “KİA” markalı avtomobillər toqquşub 17.01.2023
  • Pirallahıda narkotiklərin satışını həyata keçirən narkotacirdən 8 kiloqram heroin, marixuana və 220 ədəd prixotrop tərkibli həb aşkar edilib 17.01.2023