Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
15.01.2023Yanvarın 15-də saat 17 radələrində Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində İmişli rayon sakini R.Abbasovun idarə etdiyi “Toyota” və Şirvan şəhər sakini X.Allahverdiyevanın idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota” markalı avtomobildə olan sərnişin X.Hüseynova hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.