Ümumilikdə 32 baş qoyun və 3 baş inəyi oğurlamaqda və Ağcabədi rayon sakinləri Z.Cəfərov, Ə.Hüseynov və Z.Əhmədov müəyyən olunaraq saxlanılıb
12.01.2023Bərdə Rayon Polis Şöbəsinə yanvarın 12-nə keçən gecə Soğanverdilər kəndi ərazisindəki fermaların birindən 5 baş qoyunun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağcabədi rayon sakinləri Z.Cəfərov, Ə.Hüseynov və Z.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların rayon ərazisində ümumilikdə 32 baş qoyun və 3 baş inəyi oğurlamaları da müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb.