Mobil telefonlar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini V.Bəkirov müəyyən olunaraq saxlanılıb
10.01.2023Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda metro stansiyalarında 4 sərnişinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş V.Bəkirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.