Ağcabədi şəhər sakini Ə.Qurbanovun yaşadığı evə baxış zamanı 1 kiloqram 95 qram heroin götürülüb
09.01.2023Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ə.Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 95 qram heroin götürülüb.