İmişli rayonunun Gövhərli E.Kərimovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
07.01.2023Yanvarın 7-də İmişli rayonunun Gövhərli kəndində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub.
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini E.Kərimovun tüfəngdən havaya bir dəfə atəş açması müəyyən olunub və ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. O, izahatında əkin sahəsində vəhşi heyvanı qorxutmaq üçün havaya atəş açmasını bildirib. Araşdırma aparılır.