Qax rayonunun İngiloy Kötüklü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.01.2023Yanvarın 8-də saat 20 radələrində Qax rayonunun İngiloy Kötüklü kəndi ərazisində N.Süleymanzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobili işıq dirəyinə və divara vurub. Nəticədə avtomobildəki sərnişin Ş.Kərimli xəstəxanaya yerləşdirilib və orada ölüb.
Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.