Nəsimi rayonu ərazisindəki evlərin birindən pul və qızıl üzük oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Ə.Əsgərov saxlanılıb
04.01.2023Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 7400 manat, 3600 ABŞ dolları və 1000 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əsgərov saxlanılıb.
Araşdırma aparılır.