Nəsimi rayonu S.Vurğun küçəsindən “Chevrolet” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb
02.01.2023Yanvarın 2-də saat 16 radələrində Nəsimi rayonu S.Vurğun küçəsi ev 60-ın qarşısından Bakı şəhər sakininə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polis orqanına məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.